1 oktyabrdan 3 oktyabra qədər Gürcüstanın bəzi bölgələrində güclü yağış yağacağı, şimşək çaxacağı, arabir küləyin güclənəcəyi və əksər bölgələrdə dolu yağacağı gözlənilir.
Milli Ətraf Mühit Agentliyi bu barədə məlumat verib. Bildirilib ki, ölkənin sahil bölgələrində (Batumi, Kobuleti, Anakliya, Poti) dənizdə 3-4 bal gücündə fırtına dalğaları gözlənilir.
“Gözlənilən yağıntılar Gürcüstanın kiçik çaylarında suyun səviyyəsinin artmasına, həmçinin təpəlik və dağlıq ərazilərdə sürüşmə və sel hadisələrinin baş verməsinə səbəb ola bilər”, – agentlik xəbərdarlıq edib. Təhlükə səviyyəsi orta dərəcədə qiymətləndirilir.


