Gürcüstanda hava şəraiti kəskin dəyişib: Soyuq və yağıntılı hava 6 iyula qədər davam edəcək
Gürcüstanda hava şəraitinin mövsüm göstəricilərindən xeyli aşağı düşməsi və intensiv yağıntıların müşahidə olunması ilə əlaqədar sinoptiklər vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edirlər.
Regionpress.ge xəbər portalının məlumatına görə, Gürcüstanın Milli Hidrometeorologiya Xidməti tərəfindən yayılan rəsmi açıqlamada bildirilib ki, qeyri-sabit hava şəraiti 3 gün davam edəcək və 6 iyul tarixinə qədər ölkə ərazisində temperatur normadan aşağı səviyyədə qalacaq.
Bununla yanaşı, bir sıra bölgələrdə leysan yağışlar, dolu və güclü külək ehtimal olunur.Sinoptiklər xəbərdarlıq edirlər ki, xüsusilə dağlıq və dağətəyi ərazilərdə torpaq sürüşməsi və sel hadisələri riski artır. Vətəndaşlara planlaşdırılan səfərlərdə ehtiyatlı olmaları, mümkün qədər açıq havada uzun müddət qalmaqdan çəkinmələri tövsiyə olunur.
Məlumat üçün qeyd edək ki, belə qeyri-sabit hava şəraiti Gürcüstanda iyul ayı üçün qeyri-adi hesab olunur və bu, regionda baş verən iqlim dəyişikliklərinin təsiri ilə izah edilir.
Qeyd edək ki, 3 iyul tarixində ən yüksək temperatur +23 dərəcə Qaqrada ən aşağı temperatur isə Qudauridə +8 dərəcə olaraq mahidə ediləcək ölkənin digər bütün ərazilərdə yağış yağacağı gözlənilir


