17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeHavaSinoptiklərin proqnozuna əsasən, dekabrın 12-14-də Gürcüstanda hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə...

Sinoptiklərin proqnozuna əsasən, dekabrın 12-14-də Gürcüstanda hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə güclü qar və çovğun olacağı gözlənilir

Milli Ətraf Mühit Agentliyi dekabrın 12-14-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı proqnoz yayır.

Regionpress.ge agentliyin məlumatına əsasən bildirir ki , dekabrın 12-14-də Gürcüstanda hava şəraitinin yağıntılı olacağı, dağlıq və yüksək dağlıq ərazilərdə bəzi yerlərdə güclü qar və çovğun olacağı, güclü qərb küləyinin əsəcəyi, dənizdə 4-5 bal gücündə fırtına olacağı gözlənilir.

“Dekabrın 14-də düzənlik və aran rayonlarında da yağıntının əsasən qar şəklində düşəcəyi gözlənilir.

Gözlənilən yağıntılar Qərbi Gürcüstanın çaylarında ola bilsin suyun səviyyəsinin xeyli artmasına, təpəlik ərazilərdə sürüşmə-daşqın proseslərinin yaranmasına və aktivləşməsinə, ölkənin yüksək dağlıq rayonlarında isə qar uçqunlarının yaranmasına səbəb ola bilər.

Avtomobil yollarının ayrı-ayrı hissələrində güclü qar, qar uçqunu təhlükəsi, yolların buz bağlaması və görmə məsafəsinin pisləşməsi ilə əlaqədar olaraq nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər. (təhlükə səviyyəsi orta)” – agentlik tərəfindən yayılmış məlumatda deyilir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments