Gürcüstan prezidenti Salome Zurabişvili Euronews telekanalına müsahibəsində bildirib ki – “Bu seçki ona görə çox vacibdir ki, o, ən azı yaxın gələcəkdə Gürcüstanın Avropa gələcəyinin taleyini və danışıqlara başlamaqla Avropa İttifaqına inteqrasiya yolunun taleyini müəyyən edəcək. Bu seçki faktiki referendumdur: Avropaya bəli, ya da bir qədər qeyri-müəyyən keçmişə qayıdış.”
“Seçkilərin nəticələrini dəyişmək üçün seçkiləri saxtalaşdıracaqlarından qorxmursunuzmu?” sualına isə Gürcüstan prezidenti belə cavab verib:
“Müxtəlif inzibati resurslardan istifadə etməklə seçki saxtakarlığı artıq məlum hadisədir. Həm də ölçülə biləndir. Beləliklə, biz çox yaxşı bilirik ki, proqnozlarımızda 60% (səs verəcək) avropapərəst və 40% hakim partiyaya, saxtakarlıq fərziyyəsi artıq az-çox bunun üzərində qurulub. Bu rəqəmlərə dövlət xidmətlərində çalışan, işləri ilə bağlı maraqları və ya narahatlığı olan insanlar daxildir. Deməli, bütün bunlar az-çox məlumdur. Bir şərtlə ki, seçkilər dinc keçsin və əhali indiki kimi səfərbər olsun, nəticə avropapərəstlərin qələbəsi olmalıdır”, – deyə Salome Zurabişvili bildirib.


