17.2 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeSiyasətSalome Zurabişvili: Bu seçki faktiki referendumdur…

Salome Zurabişvili: Bu seçki faktiki referendumdur…

Gürcüstan prezidenti Salome Zurabişvili Euronews telekanalına müsahibəsində bildirib ki – “Bu seçki ona görə çox vacibdir ki, o, ən azı yaxın gələcəkdə Gürcüstanın Avropa gələcəyinin taleyini və danışıqlara başlamaqla Avropa İttifaqına inteqrasiya yolunun taleyini müəyyən edəcək. Bu seçki faktiki referendumdur: Avropaya bəli, ya da bir qədər qeyri-müəyyən keçmişə qayıdış.”

“Seçkilərin nəticələrini dəyişmək üçün seçkiləri saxtalaşdıracaqlarından qorxmursunuzmu?” sualına  isə Gürcüstan prezidenti belə cavab verib: 

“Müxtəlif inzibati resurslardan istifadə etməklə seçki saxtakarlığı artıq məlum hadisədir. Həm də ölçülə biləndir. Beləliklə, biz çox yaxşı bilirik ki, proqnozlarımızda 60% (səs verəcək) avropapərəst və 40% hakim partiyaya, saxtakarlıq fərziyyəsi artıq az-çox bunun üzərində qurulub. Bu rəqəmlərə dövlət xidmətlərində çalışan, işləri ilə bağlı maraqları və ya narahatlığı olan insanlar daxildir. Deməli, bütün bunlar az-çox məlumdur. Bir şərtlə ki, seçkilər dinc keçsin və əhali indiki kimi səfərbər olsun, nəticə avropapərəstlərin qələbəsi olmalıdır”, – deyə Salome Zurabişvili bildirib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments