Oktyabrın 12-də Gürcüstanda hava dəyişkən buludlu olacaq, bəzi ərazilərdə isə yağış gözlənilir. Şərqi Gürcüstanda temperatur 24 dərəcə olacaq, qərb bölgələrində isə günəşli hava müşahidə ediləcək və temperatur 28 dərəcəyə qədər yüksələcək. Tbilisidə buludlu hava üstünlük təşkil edəcək, gündüz saatlarında isə temperatur 24 dərəcə olacaq. Oktyabrın 13-dən etibarən gündüz saatlarında hava temperaturunun +17, +19 dərəcəyə enməsi və günün ikinci yarısında soyuq və yağışlı hava şəraiti olacağı proqnozlaşdırılır.
Bu barədə məlumatı Milli Ətraf Mühit Agentliyi verib.


