12.2 C
Bolnisi
15.8 C
Rustavi
15.4 C
Marneuli
16.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeDünyaİsrailin İrana hücum planları

İsrailin İrana hücum planları

ABŞ-də İsrailin İrana hücum planları ilə bağlı kəşfiyyat məlumatları mətbuata sızdırılıb.

Bu barədə Regionpress.ge CNN-ə istinadən xəbər verir.

Bildirilir ki, hazırda hadisənin baş vermə şəraiti araşdırılır.

Məlumatın sızması ilə bağlı araşdırmanı Federal Təhqiqatlar Bürosu, Müdafiə Nazirliyi və ABŞ kəşfiyyat xidmətləri aparacaq.

Məlumata görə, 15 və 16 oktyabr tarixli “tam məxfi” sənədləri “Middle East Spectator” 

“Telegram” kanalında dərc edildikdən sonra internetdə yayılmağa başlayıb. Sənədlərdəki məlumatlara əsasən, yalnız Avstraliya, Böyük Britaniya, Kanada, Yeni Zelandiya və ABŞ-nin daxil olduğu “Beş Göz” alyansına aid olan ölkələrin bu sənədlərlə tanışlıq imkanı olmalıdır.

ABŞ-nin Milli Geoməkan-Kəşfiyyat Agentliyinin tərtib etdiyi sənədlərdən birində İsrailin sursat daşıması İrana zərbəyə hazırlıq işarəsi kimi qeyd olunur, İsrail Hərbi Hava Qüvvələrinin hava-yer raketlərindən istifadə edərək keçirdiyi təlimlərə dair məlumatlar açıqlanır.

Digər sənədə görə, İsrailin nüvə silahı var, lakin ABŞ yəhudi dövlətinin İslam Respublikasına hücumda onlardan istifadə etmək niyyətini müşahidə etmir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments