Regionpress.ge BMG-yə istinadla xəbər verir ki Polşa 2025-ci il 1 dekabrdan etibarən Gürcüstan vətəndaşları üçün sadələşdirilmiş əmək miqrasiyası mexanizmini rəsmən dayandırıb
Yeni qaydalara əsasən, Gürcüstan vətəndaşları artıq “bəyanat əsasında məşğulluq” (oświadczenie o powierzeniu pracy cudzoziemcowi) prosedurundan istifadə edərək iş vizası ala bilməyəcək qərar Polşanın Ailə, Əmək və Sosial Siyasət naziri tərəfindən qəbul edilən və 21 noyabr 2025-ci ildə təsdiqlənən yeni tənzimləmə ilə qüvvəyə minib sənəd sadələşdirilmiş qaydalardan faydalana biləcək ölkələrin siyahısını müəyyən edir və həmin siyahıda yalnız Ermənistan, Belarus, Moldova və Ukraynanın adı yer alır
Gürcüstan isə bu siyahıdan çıxarılıb yeni qaydalar müəyyən istisnalar nəzərdə tutur:
Keçid müddəası: Gürcüstan vətəndaşları tənzimləmə qüvvəyə minməzdən əvvəl alınmış məşğulluq bəyanatının müddəti bitənə qədər işləməyə davam edə biləcəklər
Davam edən işlər: Qaydalar qüvvəyə minməzdən əvvəl başlanmış, lakin hələ tamamlanmamış işlər köhnə prosedurlara uyğun yekunlaşdırılacaq
Qeyd edək ki, Yeni sənəd 25 noyabr 2025-ci ildə Polşanın rəsmi qanunlar jurnalında (Dz. U. poz. 1617) dərc edilib və 2017-ci il 8 dekabr tarixli əvvəlki qərarı əvəz edir


