17.2 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeHavaGürcü ekoloqları əhalini havanın çirklənməsi barədə xəbərdar edir

Gürcü ekoloqları əhalini havanın çirklənməsi barədə xəbərdar edir

Havada bərk hissəciklərin miqdarının artması əsasən transsərhəd çirklənmə ilə bağlıdır, deyə mütəxəssislər bildirir.

Regionpress.ge bildirir ki,11 noyabrdan etibarən Gürcüstan ərazisində bərk hissəciklərin (PM10, PM2.5) artımı qeydə alınıb, bu barədə Milli Ətraf Mühitin Mühafizəsi Agentliyinin məlumatında deyilir.

Agentliyin məlumatına görə, havada bərk hissəciklərin miqdarının artması əsasən transsərhəd çirklənmə və cənub, cənub-qərbdən yayılan səhradan gələn toz kütlələrinin təsiri ilə əlaqədardır.

Milli Ətraf Mühit Agentliyi atmosfer havasının keyfiyyətini avtomatik stansiyalar vasitəsilə mütəmadi olaraq izləyir.

“Hər kəs atmosfer havasının keyfiyyəti haqqında məlumat əldə edə və sağlamlıqla bağlı tövsiyələri Hava Keyfiyyəti Portalından öyrənə bilər”, – deyə agentliyin məlumatında bildirilir.

Bərk hissəciklərin konsentrasiyasının formalaşmasında transsərhəd çirklənmə böyük rol oynayır, yəni Gürcüstana bəzən ayda bir neçə dəfə səhradan toz gəlir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments