Rustavi Təhsil və Mədəniyyət Mərkəzində Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə “Sazlı, sözlü kəlağayı günləri” layihəsi çərçivəsində “Kəlağayı yaşıl dünyaya töhfədir” mövzusunda tədbir keçirilib.
Regionpress.ge -nin məlumatına əsasən, mərkəzin icraçı direktoru Raida Dərziyeva bildirib ki, kəlağayı əsrlər boyu Azərbaycan qadınının milli geyiminin ayrılmaz hissəsi olub. O, sülh, harmoniya və sosial bərabərlik simvolu olaraq tanınır, çünki varlı və kasıb qadınların kəlağayıları arasında heç bir fərq olmayıb.
Tədbirdə qeyd edilib ki, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun dəstəyi ilə kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin beynəlxalq səviyyədə tanınmasını təmin edib.


