Bu gün “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) ilə bağlı maarifləndirici görüş təşkil olunub.
Regionpress-in məlumatına əsasən ,görüşdə qeyd edilib ki, bu il tədbir Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilir və 200-dən çox ölkədən 70 mindən artıq qonaq iştirak edir. Bu, Azərbaycanın 2020-ci ildə qazandığı Qarabağ zəfərindən sonra ölkədə baş tutan ilk genişmiqyaslı beynəlxalq tədbirdir.
Görüşün sonunda iştirakçılara COP29-a dair məlumatlandırıcı bukletlər paylanılıb.


