Milli Ətraf Mühit Agentliyi dekabrın 12-14-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı proqnoz yayır.
Regionpress.ge agentliyin məlumatına əsasən bildirir ki , dekabrın 12-14-də Gürcüstanda hava şəraitinin yağıntılı olacağı, dağlıq və yüksək dağlıq ərazilərdə bəzi yerlərdə güclü qar və çovğun olacağı, güclü qərb küləyinin əsəcəyi, dənizdə 4-5 bal gücündə fırtına olacağı gözlənilir.
“Dekabrın 14-də düzənlik və aran rayonlarında da yağıntının əsasən qar şəklində düşəcəyi gözlənilir.
Gözlənilən yağıntılar Qərbi Gürcüstanın çaylarında ola bilsin suyun səviyyəsinin xeyli artmasına, təpəlik ərazilərdə sürüşmə-daşqın proseslərinin yaranmasına və aktivləşməsinə, ölkənin yüksək dağlıq rayonlarında isə qar uçqunlarının yaranmasına səbəb ola bilər.
Avtomobil yollarının ayrı-ayrı hissələrində güclü qar, qar uçqunu təhlükəsi, yolların buz bağlaması və görmə məsafəsinin pisləşməsi ilə əlaqədar olaraq nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər. (təhlükə səviyyəsi orta)” – agentlik tərəfindən yayılmış məlumatda deyilir.


