Rustavi Təhsil və Mədəniyyət Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Regionpress.ge xəbər verir ki, tədbir çərçivəsində 18 saylı ictimai məktəbin tarix müəllimi Savalan Osmanlı dil kurslarının şagirdlərinə Heydər Əliyevin həyat və fəaliyyətinə dair açıq dərslər keçib. Daha sonra mərkəzin üzvləri və şagirdlər şəhərdəki Heydər Əliyev abidəsini ziyarət edərək abidə önünə əklil və gül dəstələri qoyublar.


