Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Enukidze mayın 14-də “Agentlər haqqında” qanuna etiraz olaraq həbs edilən azyaşlı Giorgi Melikişvilinin işinə iyunun 4-də yekun vurub.
Polis aksiya iştirakçısını iki inzibati xəta, xırda xuliqanlıq və polis əməkdaşına tabe olmamaqda ittiham edib.
Hakimin qərarına əsasən, ona yalnız şifahi xəbərdarlıq edilərək azadlığa buraxılıb.


