17.2 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeSiyasətAqil Mustafayev: Bizim əsas məqsədimiz Vətəni düşdüyü ağır vəziyyətdən çıxarmaqdır - MÜSAHİBƏ

Aqil Mustafayev: Bizim əsas məqsədimiz Vətəni düşdüyü ağır vəziyyətdən çıxarmaqdır – MÜSAHİBƏ

1. Aqil bəy! Siz siyasətə necə gəlmisiz? Mustafayev kimdir?

– Mən ali məktəbi bitirdikdən sonra müxtəlif sahələrdə çalışmışam. Amma ictimi-siyasi proseslərdə 2010 –cu ildən iştirak edirəm. Biz 2012-ci ildən hakimiyyət dəyişəndən sonra düşünürdük ki, hakim partiya ölkədə yaşayan vətəndaşların həyatı dəyişəcək, insanların sosial-rifah halı daha da yaxşılaşacaq. Amma çox təəssüf ki, belə olmadı. Biz bir neçə ildən sonra gördük ki, hakim partiya vətəndaşların bütün maraqlarını tapdalayaraq xarici qüvvələrin təsiri altında siyasət yürüdür və yalnız şəxsi maraqlarını qoruyur. Elə vaxtlardan da siyasi proseslərə qoşuldum. Siyasi proseslərə qoşulmağımın əsas səbəblərindən biri də ondan ibarət idi ki, biz Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasının qarşısını alaq.

2. Aqil bəy, “Güclü Gürcüstan” partiyası nə vaxt yarandı, siz bu siyasi quruma necə qoşuldunuz və partiyanızın əsas məqsədləri nələrdir?

– “Güclü Gürcüstan” siyasi koalisiyasıdır. Yəni bir neçə partiyadan ibarətdir. Burada “Vətəndaşlar Partiyası”, “Lelo Gürcüstan Naminə” partiyası, yeni yaranmış “Azadlıq meydanı” hərəkatı da partiya olaraq, eyni zamanda, Gürcüstanın sabiq prezidenti Qiorqi Marqvelaşvili və daha bir neçə ictimai, siyasi və incəsənət xadimləri təmsil olunurlar.

O deyib: “Bu koalisiya son üç aydır yaranıb, biz ona qədər əsasən “Lelo” partiyasında təmsil olunurduq. Hazırda bizim əsas məqsədimiz əlbəttə ki, siyasi koalisiyalar və siyasi partiyaların bugünkü əsas məqsədləri vətəni düşdüyü ağır vəziyyətdən çıxarmaqdır.

“Düşünürük ki, ölkəmizin gələcəyi Avropa yönümlüdür və biz hakimiyyətin gələcəyini və vətəndaşların rifah halını yaxşılaşdırmaq üçün addımlar atmalıyıq. Əsas məqsəd əlbəttə ki, xalqdır, əsas məqsəd əlbəttə ki, Gürcüstan vətəndaşlarıdır. Onlara düzgün xidmət etmək və hakimiyyətimiz dövründə onları narahat edən bütün problemləri və eyni zamanda ölkənin xarici siyasi kursunun düzgün şəkildə idarə etmək əsas məqsədlərimizdəndir” – deyə, A.Mustafayev vurğulayıb.

3.Gürcüstanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığı barədə nə düşünürsünüz?

– Bizim siyasi koalisiyanın bu məsələ ilə bağlı yeganə bir cavabı var. Gürcüstan Avropanın tam hüqüqlu üzvü olmalıdır. Biz bununla bağlı öz mövqelərimizi göstərmişik. Ölkədə keçirilən referenduma əsasən ölkə əhalisinin böyük əksəriyyəti Avropa Birliyini və NATO-nu dəstəkləyir. Ölkəmizin və partiyamizın siyasi və xarici kursu məhz elə xalqın istəyinin nəticəsində təyin olunur.

Ölkəmizin daxili prosesləri haqqında saatlarla danışmaq mümkündür. Xarici məsələlərə gəldikdə isə, son zamanlar biz gördük ki, “Gürcü Arzusu” partiyası xalqı Avropa və NATO-dan uzaqlaşdırmağa çalışır. Bizim məqsədimiz oktyabrın 26-da keçiriləcək seçkilərdən sonra ölkə daxilində stabilliyi, vətəndaşların normal həyat tərzini təmin edək, Avropaya və NATO-ya üzv olaq.

4. Gürcüstanda milli azlıqların hüquqları və sosial rifahı ilə bağlı hansı siyasətləri həyata keçirməyi planlaşdırırsınız?

– Ümümiyyətlə, biz düşünürük ki, milli azlıq terminaloqiyasından daha az istifadə edək. Başqa millətlərin nümayəndələri olsaq da, hamımız Gürcüstan vətəndaşıyıq. Gürcüstan bizim hamımızın vətənidir. Partiyamızın siyasi baxışı ondan ibarətdir ki, bütün başqa millətlər ölkənin tam hüqüqlu vətəndaşı olsunlar, heç bir vətəndaş ayrıseçkiliklə üzləşməsin, heç zaman bizə ikili standartlarla yanaşılmasın. Bu gün biz görürük ki, bir çox məsələlərdə bu özünü biruzə verir. Bir neçə gün bundan əvvəl Rustavidə hakim partiyanın seçki kampaniyası çərçivəsində keçirdiyi görüşdə bunun bariz nümünəsini gördük. Hakim partiyanın nümayəndəsi çıxışında bizi diaspora adlandırdı. Lakin bu düzgün deyil, biz diaspora deyilik. Biz aborogen xalq olaraq Gürcüstanın vətəndaşlarıyıq. Bu birmənalı qarşılanmalıdır.

Bizim qarşımızda duran proqram və lahiyələrdən biri də təhsillə bağlıdır. Gürcüstanda yaşayan azərbaycanlıların böyük əksəriyyəti, gürcü dilini bilmirlər. Onlar siyasi prosesləri daha yaxşı dərk etmirlər və bu proseslərdən kənar qalırlar. Yəni tam olaraq bizim məqsədimiz ondan ibarətdir ki, bütöv və vahid olaraq bütün Gürcüstan vətəndaşlarının hamısının hüquqları tam qorunsun.

5. Partiyanızın iqtidar partiya ilə əməkdaşlıq imkanları barədə nə düşünürsünüz?

– Bizim partiyanın hakim partiya ilə heç bir siyasi əlaqəsi yoxdur və onlarla əməkdaşlıq ola bilməz. Biz konkret olaraq hakim partiyanı özümüzə müxalif hesab edirik və nə indi, nə də gələcəkdə birgə əməkdaşlığımız və koalisiyamız ola bilməz.

Aqil bəy, maraqlı müsahibəyə görə, çox sağ olun.

-Siz də sağ olun, minnətdaram.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments