Gürcüstan – Azərbaycan dostluğunun inkişafına töhfə verən xeyirxah ziyalılarımızdan olan Arif Əliyev 25 iyul 1959 – cu ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.
Arif Əliyev hər zaman soydaşlarımızın yanında olub, onların problemlərinin həlli istiqamətində fəaliyyət göstərmişdir.
Xüsusilə gənclərin təhsil almalarına mənəvi və maddi dəstək olmuşdur.
Təəssüf ki, çox erkən vəfat etmişdir.
Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən @Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi@, xeyirxah əməlləri ilə yaddaşlarda qalan, dəyərli ziyalımız Arif Əliyevin anadan olmasının 65 illiyinə həsr olunmuş tədbir keçirməyi planlaşdırır.


