Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə “Eternity-2024” adlı kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb. Təlimin nəzəri və praktiki bölmələri mövcuddur və üç ölkənin hərbçiləri ilə yanaşı, müvafiq dövlət qurumlarının nümayəndələri də iştirak edir. Təlimin əsas məqsədi strateji əhəmiyyətli regional iqtisadi layihələrin mühafizəsinin təşkili ilə bağlı müxtəlif tapşırıqların icrasıdır. Beynəlxalq təlim, iştirakçı ölkələrin silahlı qüvvələri arasında əməkdaşlığı gücləndirmək və uyğunluğu təmin etmək məqsədi daşıyır və sentyabrın 27-dək davam edəcək.
Azərbaycan, Türkiyə və Gürcüstan “Eternity-2024” birgə komanda-qərargah təlimləri keçirir
RELATED ARTICLES


