Bu gündən birinci sinif şagirdlərinin ümumi qeydiyyatı başlayıb.
DİM-dən verilən məlumata görə, qeydiyyat bu gün saat 09:00-dan başlayıb və iyunun 13-dək davam edəcək.
Məlumatda bildirilib ki, qeydiyyat təhsili idarəetmə informasiya sisteminin rəsmi internet saytında – register.emis.ge-də aparılacaq.
Şagirdlərin sistemdə qeydiyyatı valideyn və ya qanuni nümayəndə tərəfindən təmin edilir. İyunun 14-dən iyunun 25-dək məktəblərdə elektron qeydiyyatdan keçmiş şagirdin qəbulu üçün zəruri sənədlərin təqdim edilməsi aparılacaq. Sənədlər vaxtında təqdim edilməsə, qeydiyyat avtomatik olaraq ləğv ediləcək.
Birinci sinfə daxil olmaq üçün sənədlər aşağıdakılardır:
-Şagirdin valideyininin və ya qanuni nümayəndəsinin ərizəsi
-Valideynin yaşayış yeri və telefon nömrəsi barədə məlumat
-Gürcüstanın Baş İnzibati Məcəlləsinin 78-ci maddəsi ilə müəyyən edilmiş digər tələblərə cavab verməli, sənədin sürəti
-Valideynin şəxsiyyət vəsiqəsi və Gürcüstanda yaşayışını təsdiq edən sənədin surəti (varsa). Sənədlər xarici dildə təqdim edildikdə, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gürcü dilinə tərcüməsi əlavə edilməlidir).
-Şagirdin doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyətini təsdiq edən sənədin surəti və Gürcüstanda yaşayış yerini təsdiq edən sənədin surəti (əgər varsa) sənədlər xarici dildə təqdim edildikdə, qanunvericiliyə uyğun olaraq gürcü dilinə tərcüməsi əlavə edilməlidir
Vətəndaşlar I siniflərdə mövcud olan yerlərin sayı ilə bağlı məlumatla aşağıdakı linkdən tanış ola bilərlər: https://skolebi.emis.ge/
Birinci sinif şagirdlərinin ümumi qeydiyyatı üçün təlimatla aşağıdakı linkdən tanış olmaq olar:
https://elfiles.emis.ge/…/pirvelklaselta-registraciis
Məlumat üçün bildirək ki, Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvarinin qərarına əsasən , Gürcüstanın “Ümumi təhsil haqqında” qanununa məktəb yaşı ilə bağlı dəyişiklik edilib. O cümlədən, 2024-2025-ci tədris ilində dekabrın 1-dək 6 yaşı tamam olacaq uşaqlar I sinfə qeydiyyatdan keçə biləcəklər.


