18.8 C
Bolnisi
15.8 C
Rustavi
15.4 C
Marneuli
16.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeManşetBolnisidə Bakı-Qroznı sərnişin təyyarəsində vəfat edənlər anılıb

Bolnisidə Bakı-Qroznı sərnişin təyyarəsində vəfat edənlər anılıb

Bolnisidə fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə 25 dekabr 2024-cü il tarixində Bakı-Qroznı sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində faciəvi şəkildə qəzaya uğraması nəticəsində həyatını itirənlərin əziz xatirəsi yad edilib.

Regionpress.ge xəbər verir ki, ilk olaraq, qəzada vəfat edənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra, mərkəzin icraçı direktoru Rezo Həsənov çıxış edərək qəza haqqında mərkəzin müdavimlərinə və əməkdaşlarına məlumat verib, vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Bundan sonra, mərkəzin aktiv üzvü Məhəmmədəli Allahyarov hazırladığı çıxışı təqdim edib. Həmçinin, mərkəzin əməkdaşı Şəhla İsmayılova da çıxış edərək öz üzüntülərini ifadə edib.

Eyni zamanda, mərkəzin müdavimləri ilə hadisə ilə bağlı aktiv şəkildə söhbətlər aparılıb. Onlar da öz növbəsində hisslərini və üzüntülərini ifadə ediblər. Sonda, mərkəz tərəfindən hazırlanan “Hər şey yaxşı olacaq” adlı qısa videosüjet nümayiş etdirilib

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments