10.9 C
Bolnisi
10.8 C
Rustavi
10.4 C
Marneuli
11.1 C
Gardabani
Şənbə, May 9, 2026
HomeManşetBolnisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş ...

Bolnisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tədbiri keçirilib

Bu gün — 8 may tarixində Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Zamanın hüdudlarını aşan şəxsiyyət” adlı anım tədbiri keçirilib

Regionpress.ge xəbər verir ki, tədbiri giriş sözü ilə mərkəzin direktoru Rezo Həsənov açaraq iştirakçıları salamlayıb. Daha sonra Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Tədbirdə Bolnisi rayonunun ziyalıları, müəllimləri və ictimai fəalları çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsindəki xidmətlərindən, siyasi fəaliyyətindən və dünya azərbaycanlılarının birliyi istiqamətində gördüyü mühüm işlərdən bəhs ediblər. Eyni zamanda, onun Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı söylədiyi dəyərli fikirlər və göstərdiyi diqqət xüsusi vurğulanıb

Çıxış edənlər arasında Faxralı ictimai məktəbinin müəllimi və Bolnisi rayonunun fəxri vətəndaşı Bayram Abbasov, Kəpənəkçi və Darvaz ictimai məktəblərinin müəllimi Zakir Məmmədov, İncəoğlu məktəbinin keçmiş müəllimi Akif Budaqov, Darvaz məktəbinin müəllimi Tahirə Əliyeva, Dəllər ictimai məktəbinin müəllimi Natavan Mehdiyeva və həvəskar şair Xasməmməd Cəfərli yer alıblar

Natiqlər Ümummilli Liderin zəngin siyasi irsi və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri barədə öz fikirlərini bölüşüblər

Tədbirin sonunda mərkəzin könüllüsü Lara İsmayılova xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirib.Sonda tədbir iştirakçıları və rayon ziyalıları ilə birgə xatirə fotosu çəkdirilib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments