12.2 C
Bolnisi
15.8 C
Rustavi
15.4 C
Marneuli
16.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeDünyaXəstəxanalar kiberhücumdan sonra görünməmiş qan çatışmazlığı ilə üzləşib

Xəstəxanalar kiberhücumdan sonra görünməmiş qan çatışmazlığı ilə üzləşib

Böyük Britaniya xəstəxanaları davam edən kiberhücum nəticəsində yaranan fasilələr səbəbindən görünməmiş qan ehtiyatı çatışmazlığı ilə üzləşib.

Bu barədə qandan istifadəyə məhdudiyyətlər tətbiq edən və donorların sayını artırmağa çağıran Böyük Britaniyanın səhiyyə orqanları bildiriblər.

London xəstəxanalarında donor qanın ehtiyatları ölkənin səhiyyə sisteminə edilən kiberhücum səbəbindən iki gündən az müddətə tükənəcək.

Keçən həftə baş vermiş kiberhücum nəticəsində xəstələrin qan qrupları ilə bağlı məlumatları ehtiva edən arxivlər də daxil olmaqla, bir çox xidmətlər işləməyib. Onların bir çoxuna çıxış indiyə qədər bərpa olunmayıb.

“Hakerlərin hücumu xəstəxanaların qan qrupunu operativ şəkildə müəyyən edə bilməməsinə gətirib çıxarıb və indi onlar əsasən birinci qrup qandan istifadə etməli olurlar”, – deyə nəşrdə yazılır.

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti xəstəxanalardan 1-ci qrup qan istifadəsini məhdudlaşdırmağı və bunun üçün təhlükəsiz olan yerdə əvəzedicilərdən istifadə etməyi xahiş edərək, onlara “sarı həyəcan” səviyyəsi elan edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments