27.9 C
Bolnisi
25.8 C
Rustavi
25.4 C
Marneuli
26.1 C
Gardabani
Çərşənbə, İyul 16, 2025
HomeSiyasət“Edison Research” təşkilatı ictimai rəy sorğusu keçirib

“Edison Research” təşkilatı ictimai rəy sorğusu keçirib

Formula TV-nin sifarişi və maliyyəsi ilə Amerikanın nüfuzlu “Edison Research” təşkilatı ictimai rəy sorğusu keçirib.

Regionpress.ge xəbər verir ki, Edison Research-in ictimai rəy sorğusunun nəticələrinə görə, bu gün parlament seçkiləri keçirilsə, hansı partiyaya səs verəcəksiniz sualına, nəticələr bölgü, çəki metoduna görə aşağıdakı kimi paylanıb:

Gürcü arzusu – Demokratik Gürcüstan – 34%

Birlik: VMH, Ağmaşenebeli Strategiyası, Avropalı Gürcüstan – 18%

Dəyişiklik koalisiyası: Qvaramia, Melia, Qirçi, Droa – 14%

Qaxaria – Gürcüstan üçün – 11%

Güclü Gürcüstan: Lelo, Xalq üçün, Azadlıq Meydanı, Vətəndaşlar – 10%

Leyboristlər Partiyası – 5%

Qirçi (Iaqo Xviçia) – 4%

Vətənpərvərlər Alyansı/Alt Info – 3%

Digər partiyalar – 1%

Sorğunun nəticələrinə görə – “Seçiminizə nə dərəcədə əminsiniz” sualı üzrə nəticələr aşağıdakı kimi paylanıb: 77% seçimindən əmindir, 23% isə əmin olmadığını və seçimini dəyişə biləcəyini bildirib.

Sorğu işğal olunmuş ərazilər istisna olmaqla, Gürcüstanın bütün ərazisində 01.10-18.10 tarixləri arasında aparılıb.

Seçkilərdə iştirak etmək hüququ olan 1200 Gürcüstan vətəndaşı ilə üzbəüz tədqiqat üsulu ilə müsahibə aparılıb. Səhv marjası +/- 2.8%-dir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments