Formula TV-nin sifarişi və maliyyəsi ilə Amerikanın nüfuzlu “Edison Research” təşkilatı ictimai rəy sorğusu keçirib.
Regionpress.ge xəbər verir ki, Edison Research-in ictimai rəy sorğusunun nəticələrinə görə, bu gün parlament seçkiləri keçirilsə, hansı partiyaya səs verəcəksiniz sualına, nəticələr bölgü, çəki metoduna görə aşağıdakı kimi paylanıb:
Gürcü arzusu – Demokratik Gürcüstan – 34%
Birlik: VMH, Ağmaşenebeli Strategiyası, Avropalı Gürcüstan – 18%
Dəyişiklik koalisiyası: Qvaramia, Melia, Qirçi, Droa – 14%
Qaxaria – Gürcüstan üçün – 11%
Güclü Gürcüstan: Lelo, Xalq üçün, Azadlıq Meydanı, Vətəndaşlar – 10%
Leyboristlər Partiyası – 5%
Qirçi (Iaqo Xviçia) – 4%
Vətənpərvərlər Alyansı/Alt Info – 3%
Digər partiyalar – 1%
Sorğunun nəticələrinə görə – “Seçiminizə nə dərəcədə əminsiniz” sualı üzrə nəticələr aşağıdakı kimi paylanıb: 77% seçimindən əmindir, 23% isə əmin olmadığını və seçimini dəyişə biləcəyini bildirib.
Sorğu işğal olunmuş ərazilər istisna olmaqla, Gürcüstanın bütün ərazisində 01.10-18.10 tarixləri arasında aparılıb.
Seçkilərdə iştirak etmək hüququ olan 1200 Gürcüstan vətəndaşı ilə üzbəüz tədqiqat üsulu ilə müsahibə aparılıb. Səhv marjası +/- 2.8%-dir.