Gürcüstan Mərkəzi Seçki Komissiyası oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə qədər İsraildəki seçki məntəqəsini təhlükəsizlik məqsədilə bağlaya bilər.
Regionpress.ge xəbər verir ki, Xarici İşlər Nazirliyi bununla bağlı MSK-ya müvafiq təklif göndərib.
Mərkəzi Seçki Komissiyasından bildirilib ki, məsələ ilə bağlı tezliklə qərar veriləcək.


