17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeTexnologiyaGürcüstanda da məşhurlaşan “Hamster Kombat“ ilə pul qazanmaq mümkündür? -ARAŞDIRMA

Gürcüstanda da məşhurlaşan “Hamster Kombat“ ilə pul qazanmaq mümkündür? -ARAŞDIRMA

“İstifadəçilər vaxtını itirir, proqram isə reklam üzərindən pul qazanır”

Kriptovalyuta dünyasında yeni təhlükəyə çevirilən “Hamster Kombat” teleqram oyunu son vaxtlar ən çox müzakirə olunan mövzulardandır.

Bu oyun istifadəçilərə ekrana klik edərək koinlər yığmağı və müxtəlif səviyyələrdən keçdikdən sonra pul qazanmaq imkanı təklif edir. 

“Hamster Kombat” regionda sürətlə məşhurlaşmağa başlayıb. Regionpress.ge Gürcüstanda da böyük maraqla qarşılanan oyundan pul qazanmağın reallığı və təhlükələri barədə araşdırıb.

Kriptovalyuta bazarı üzrə mütəxəssis Araz Abulov Regionpress.ge-yə bildirib ki, bu oyun bir koin yox, bot olaraq yaradılıb və orada qazanılan pulun heç bir əsası yoxdur.

Onun sözlərinə görə, proqramı yaradanların əsas məqsədi çox sayda istifadəçi toplayaraq reklam üzərindən gəlir əldə etməkdir:

“ “Hamster Kombat” oyununun da prinsipi başqaları ilə eynidir. İstifadəçilər ekrana klikləyərək pul qazandıqlarını düşünürlər. Əslində ekrana klikləyərək bu oyunda sadəcə zaman itirilir. Proqramda yeni istifadəçi qeydiyyatdan keçəndə ona müxtəlif sayda elektron pul təklif edilir. Və proses piramida sistemi ilə davam edir. İstifadəçi oyuna davam etdikcə və digər insanları da ora cəlb etdikcə ekranda balansının artdığını görür. Amma bu, sadəcə orada göstərilən rəqəmlərdir. Yəni, o pullar real deyil”.

Ekspert əlavə edib ki, hələ dünyada elektron pullar valyuta kimi təsdiq edilməyib və bu pulların kriptovalyuta kimi təsdiqlənməsi də real görünmür. Yəni, hazırda istifadəçilərin ekranda onlara təklif edilən elektron pulları real olaraq əldə edə bilməsi mümkünsüzdür.

Araz Abulov hesab edir ki, belə oyunların əsas məqsədi qısa zamanda böyük kütləyə çatmaqdır. Onlar boş bir proqram üzərindən insanların vaxtını oğurlayaraq reklam gəlirləri əldə etməyə çalışırlar:

“Hazırda belə proqramların sayı çoxdur. Məqsəd isə proqramı istifadəçilər arasında məşhurlaşdırmaqdır. Məsələn, bu proqram adından paylaşılan bir YouTube videosu 1 milyon izlənilirsə, bu onu göstərir ki, proqram nəinki bu 1 milyon arasında, həmçinin digər insanlar arasında da məşhurlaşır. Beləliklə, proqramın təsisçiləri reklam şirkətləri ilə razılıq əldə edirlər. Nəticədə, oyuna daxil olanda artıq ekranda qısa reklam linkləri görürsünüz və ona klik edirsiniz. Burada qazanan isə yalnız proqram olur. İstifdadəçilər heç nə qazanmamaqla bərabər, öz vaxtlarınə itirirlər”.

Xatırladaq ki, bot qısa müddət ərzində teleqramda 100 milyona yaxın izləyici toplaya bilib. Təkcə YouTube kanalında isə 20 milyondan çox abunəçisi var. Kanalda 6 iyunda yerləşdirilən videoya 50 milyon baxış gəlib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments