Android Authority nəşrinin reytinqinə Pixel 9 Pro, Samsung Galaxy S24 Ultra, iPhone 16 Pro, Pixel 9 Pro XL və OnePlus 12 kimi cihazlar daxil edilib.
Regionpress.ge xəbər verir ki, Android Authority nəşri 2024-cü il ərzində 40-dan çox smartfonu test edib. Ekspertlər onların performansını, batareya işini və enerji doldurma göstəricilərini qiymətləndirib, həmçinin fotoların keyfiyyəti, avadanlığın dizaynı, proqram təminatı, yeniləmə siyasətləri və digər parametrlər üzrə subyektiv analiz aparıblar. Nəticədə, ən yaxşı beşliyi seçiblər.


