17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeMədəniyyətGürcüstanda sazbənd sənəti-FOTOLAR

Gürcüstanda sazbənd sənəti-FOTOLAR

Gürcüstanda aşıq sənəti böyük hörmət və nüfuzu ilə seçilir. Burada yaşayan soydaşlarımız şifahi xalq yaradıcılığının əsas qollarından biri olan bu sənətə olduqca yüksək qiymət verir, saza milli sərvət nümunəsi kimi yanaşırlar.

Azərbaycanlı icma bu gün də aşıq sənətini yaşadır, gələcək nəsillərə ötürülməsinə xüsusi diqqət yetirir. Gürcüstanda saz alətini hazırlayan yeganə sazbənd Bafəli Adıgözəlovdur. B.Adıgözəlov aşıq sənətinin inkişafı və təbliğində böyük xidmətlər göstərib. O, zurna ifaçısı olsa da, sazbəndlik sənətini daha üstün tutub.

Sazbənd uzun illər Gürcüstanda Azərbaycan aşıq sənətinin, musiqisinin və mədəniyyətinin qorunub yaşadılmasında göstərdiyi fəaliyyəti nəzərə alınaraq “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edildiyi üçün Prezident İlham Əliyevə və Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. O, Azərbaycan Prezidentinin diaspor işinə, xaricdəki həmvətənlərimizə xüsusi diqqət yetirdiyini, soydaşlarımızın həmişə onun qayğısını hiss etdiklərini vurğulayıb. Marneuli şəhərində sazbənd sənətinin inkişafı üçün müasir tipli emalatxananın açılması barədə müzakirələr aparıldığını bildirib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments