Diplomları tanınmayan və ən çox imtina alan ali təhsil müəssisələrinin siyahısı tərtib edilib.
Regionpress.ge bildirir ki, bu barədə Azərbaycanın Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.
Qeyd olunub ki, siyahı ali təhsil müəssisəsi üzrə minimum 30 müraciət nəzərə alınaraq, edilən müraciətlərdən 30% və ondan artıq imtinaları əhatə edib.
Siyahıda Gürcüstanda fəaliyyət göstərən “Avropa Tədris Universiteti”, “Avropa Universiteti”, “Millenium Tədris Universiteti”, “Gürcüstan Beynəlxalq Tədris Universiteti”, “Gürcüstan Yeni Universitet”, “Tbilisi Açıq Tədris Universiteti”, “Gürcüstan Kənd Təsərrüfatı Universiteti”, “Tbilisi Humanitar Tədris Universiteti”,”Suxişvili Tədris Universiteti” kimi ali təhsil müəssisələrinin də adı var.
Mənfi qərarla yekunlaşan müraciətlərin səbəbləri də açıqlanıb. Belə ki, sözügedən məsələdə mənfi qərarların səbəbləri kimi akkreditasiyasız ali təhsil müəssisəsi, təhsil alınan ölkənin ərazisində təhsilin normativ müddətindən az olması, dövlət nümunəli olmayan diplom, təhsil forması, tədris yükünün normativdən az olması göstərilib.
Report.az



