Gürcüstanın xarici ticarət dövriyyəsi 2024-cü ilin yanvar-noyabr aylarında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,6% artaraq 21,1 milyard dollar təşkil edib. Bu barədə ölkənin Milli Statistika Xidməti “Sakstat”ın saytında məlumat verilib.
Regionpress.ge xəbər verir ki, hesabat dövründə ölkəyə 15,1 milyard dollar dəyərində məhsul idxal edilib ki, bu da 2023-cü ilin 11 ayı ilə müqayisədə 6,1% çoxdur.
İxrac isə 6 milyard dollar təşkil edib ki, bu da 2023-cü ilin yanvar-noyabr dövrü ilə müqayisədə təxminən 8% çoxdur.
Gürcüstanın mənfi ticarət saldosu 9,1 milyard dollar təşkil edib və bu, ötən ilin eyni göstəricisindən 4,9% çoxdur.


