15.5 C
Bolnisi
14.8 C
Rustavi
14.4 C
Marneuli
15.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeBusinessAjet Ankara–Tbilisi marşrutu üzrə müntəzəm uçuşlara başlayır

Ajet Ankara–Tbilisi marşrutu üzrə müntəzəm uçuşlara başlayır

Aşağıbüdcəli aviaşirkət Ajet Ankara–Tbilisi–Ankara hava xətti üzrə müntəzəm sərnişin daşımalarını həyata keçirməyə başlayır.

Regionpress.ge BMG-yə istinadla xəbər verir ki, şirkətin Gürcüstan Mülki Aviasiya Agentliyinə təqdim etdiyi müraciətə əsasən, uçuşlar sentyabrın sonundan etibarən, həftədə 4 dəfə – hər bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək.

Qeyd edək ki, Ajet Türkiyənin ən böyük aviaşirkəti “Türk Hava Yolları”nın törəmə şirkətidir. Gürcüstan Mülki Aviasiya Agentliyi artıq şirkətə yeni istiqamətdə müntəzəm uçuşların həyata keçirilməsi üçün zəruri icazəni verib.Məlum olduğu kimi, qonşu ölkələr arasında ən intensiv hava əlaqəsi Gürcüstanın məhz Türkiyə ilədir.

Ötən ilin göstəricilərinə görə, iki ölkə arasında 1,2 milyondan çox sərnişin daşınıb, bu isə Gürcüstanla qonşu ölkələr arasında ümumi sərnişin axınının 47 faizini təşkil edib.2025-ci ilin ilk yeddi ayı ərzində Gürcüstan hava limanlarında rekord sayda – 20 mindən çox beynəlxalq və daxili aviareys yerinə yetirilib.

Yanvar–iyul aylarında icra olunan sərnişin və yük daşımaları üzrə reyslərin ümumi sayı (20 766) ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artıb.Hazırda Gürcüstanın üç beynəlxalq hava limanında həftəlik orta hesabla 745 reys icra olunur.

Qeyd edək ki, 2025-ci ilin ilk 7 ayında ölkə hava limanları vasitəsilə ümumilikdə 4 601 048 sərnişin daşınıb, bu göstərici isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur.—

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments