ABŞ – nın cənub-şərq bölgəsində “Helen” qasırğası nəticəsində ən azı 90 nəfərin həyatını itirdiyi bildirilib. “CNN” xəbər verir ki, təbii fəlakət nəticəsində Şimali Karolina ərazisində 36, Cənubi Karolina və Corciya ərazilərində 24 və 17, Floridada isə 11 nəfər həlak olub. Həmçinin, Virciniya ştatında daha iki nəfər həyatını itirib. Qasırğa səbəbindən Florida, Corciya, Şimali Karolina, Cənubi Karolina, Tennessi və Virciniya ştatlarının təxminən 2,68 milyon sakini işıqsız qalıb.


