17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeManşetiPhone 17 Pro və Pro Max ilə gözlənilən 8 yeni xüsusiyyət

iPhone 17 Pro və Pro Max ilə gözlənilən 8 yeni xüsusiyyət

Apple-ın 2025-ci ildə təqdim edəcəyi iPhone 17 Pro və 17 Pro Max modelləri, yenilənmiş dizaynı, A19 Pro çipi və təkmilləşdirilmiş kamerası ilə böyük dəyişikliklər gətirəcək.

Regionpress.ge xəbər verir ki, yeni modellərdə alüminium çərçivənin istifadəsi planlaşdırılır. Hal-hazırda iPhone 15 Pro və iPhone 16 Pro modellərində titanyum materialdan istifadə olunur. Alüminium isə daha yüngül və erqonomik bir struktur təqdim edəcək. Bundan əlavə, alüminium və şüşə qarışımı dizayn arxa tərəfdə tətbiq edilə bilər.

Kamera modulu da ciddi dəyişikliklərə məruz qalacaq. Daha böyük və dördbucaqlı kamera çıxıntısı, həmçinin 48 MP telefoto linza gözlənilir. iPhone 16 Pro-nun 12 MP ilə məhdud olduğunu nəzərə alsaq, bu böyük bir irəliləyişdir. Eyni zamanda, bütün iPhone 17 seriyasında 24 MP-lik yeni ön kamera istifadə ediləcək.

Son olaraq, iPhone 17 Pro modelləri daha kiçik bir Dynamic Island (Dinamik Ada) dizaynı ilə təqdim ediləcək. Həmçinin Apple-ın Wi-Fi 7 çipi ilə bağlantı sürətini artırması gözlənilir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments