17.2 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeUncategorizedKürtlər kəndində daxili yollar bərpa olunur

Kürtlər kəndində daxili yollar bərpa olunur

Marneuli bələdiyyəsinin Kürtlər kəndində daxili yolların bərpası işləri həyata keçirilir.

Bu barədə Marneuli meriyası məlumat yayıb.

Layihə çərçivəsində, 1 525 metr uzunluğunda ikiqat asfalt yol örtüyü döşənəcək.

“Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Sakrebulonun sədri Amiran Qiorqadze və yerli özünüidarəetmənin nümayəndələri ilə birlikdə görülən işlərin gedişatı ilə yerində tanış olub.

Layihə, Regional İnkişaf Fondu və yerli büdcə tərəfindən birgə maliyyələşdirilir və onun dəyəri 500 000 laridən çoxdur. Qeyd edək ki, 2024-cü ildə Marneuli Munisipalitetinin 18 kəndində daxili yol infrastrukturunun təşkili nəzərdə tutulub. Layihələrin ümumi dəyəri 9 319 859 lari təşkil edir”,- deyə məlumatda qeyd olunub.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments