17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeRegionKvemo Kartli gəncləri üçün müsabiqə elan edilib

Kvemo Kartli gəncləri üçün müsabiqə elan edilib

“Qafqaz Evi” Kvemo Kartli və Samtsxe-Cavaxetidə yaşayan gənclər üçün “gələcək liderlərin gücləndirilməsi” layihəsini təklif edir.
Bu barədə “Qafqaz Evi” feysbuk səhifəsində məlumat dərc edib.

Məlumata görə, layihə çərçivəsində “Qafqaz Evi” Marneuli, Bolnisi, Ninotsminda və Axalkalaki şəhərlərində yaşayan gənclər üçün “Yerli Özünüidarəetmə Məktəbi” təşkil etməyi planlaşdırır.

“Layihənin məqsədi cənubi Gürcüstanda yaşayan gənclərin mülki iştirakını və yerli özünüidarəetmə proseslərinə qoşulmasını dəstəkləmək, onların vəkillik (advokatlaşdırma) kampaniyalarının təşkili üzrə bacarıqlarını gücləndirmək, gənclər, vətəndaş cəmiyyəti təşkilatları və yerli siyasi aktorlar arasında əməkdaşlığa dəstək verməkdir. Məktəbin proqramına interaktiv seminarlar, debatlar və müzakirələr daxildir və əsas məqsədləri yerli özünüidarəetmə strukturu və funksiyalarını müzakirə etmək, effektiv vəkillik texnikalarını öyrənmək, səmərəli vətəndaş iştirakına dair strategiyalar hazırlamaqdır” – məlumatda qeyd olunur.

Məktəbdə 17-25 yaş arası Marneuli, Bolnisi, Ninotsminda və Axalkalaki bələdiyyələrindən olan gənclər iştirak edə bilər. Hər bələdiyyədən 8 iştirakçı seçiləcək.
“Yerli Özünüidarəetmə Məktəbi” 3 günlük intensiv proqram şəklində keçiriləcək və seminarlar Tbilisidə təşkil olunacaq.

Məktəbin təşkil olunması üçün planlaşdırılan tarix 2025-ci ilin mart ayıdır.

İştirak etmək istəyənlər qeydiyyat formasını doldura bilərlər.

Layihə Niderland Krallığı səfirliyinin dəstəyi ilə həyata keçirilir.

Mənbə: marneulifm.ge

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments