“Maarif” qəzeti və “Maarif” jurnalının təsisçisi Ələddin Qarabağılı qaz sızması nəticəsində baş verən güclü partlayışda ağır yanıq xəsarətləri alıb.
Regionpress.ge xəbər portalının hədisə ilə bağlı Elməddin Qarabağılıdan (oğul) əldə etdiyi məlumatlara əsasən günorta saatlarında qaz sızması nəticəsində güclü partlayış baş verib.
“Günün səhər saatlarında atam kənddə hüzr yeri olduğuna görə mərasim yerində olub, daha sonra ofisə gəlib, ofisə daxil olub işığı yandıran zaman partlayış baş verib. Ekspertlər qaz sızmasının nə səbəbdən baş verdiyini araşdırlar ”- deyə Elməddin Qarabağlı bildirib.
Xəstə ciddi yanıq xəsarətləri aldığı üçün hal-hazırda vəziyyəti ağırdır ,hadisə ilə bağılı əlavə məlumatları ictimaiyyətlə paylaşılacaq.


