17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeRegionMarneulidə iki nəfər saxlanıldı

Marneulidə iki nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin Kvemo Kartli polis idarəsinin Marneuli rayon şöbəsinin əməkdaşları tərəfindən həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfər: 2001-ci il təvəllüdlü S.A. və 2006-cı il təvəllüdlü İ.X bir qrup şəxsə külli miqdarda pul tələb etməkdə köməklik göstərməkdə şübhəli bilinərək saxlanılıb.

Regionpress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 7 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutan 25-181, 236 və 187-ci maddələri ilə istintaq aparılır.

“Cari il oktyabrın 22-də Marneuli bələdiyyəsinin kəndlərindən birində yaşayan vətəndaşın hədə-qorxu ilə pul tələb etmək məqsədi ilə həyətyanı sahəsinə əl qumbarası atılıb.

İstintaq müəyyən edib ki, qeyd olunan faktdan əvvəl xaricdə yaşayan şəxslər zərərçəkmiş şəxslə əlaqə saxlayıb, onu ölümlə və əmlakını dağıdacaqları ilə hədələyərək  külli miqdarda pul tələb ediblər.

İş üzrə aparılan istintaqla müəyyən edilib ki, xaricdə yaşayan şəxslərə pul tələb etməkdə köməklik edən S.A. və İ.X. olub.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – məlumatda deyilir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments