“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı və təşəbbüsü ilə Gürcüstan və Azərbaycanın Müstəqillik Günü ilə bağlı müsabiqə davam edir.
Mərkəz tərəfindən 26 May Gürcüstanın, 28 May Azərbaycan Respublikasının müstəqillik günü ilə bağlı müxtəlif mövzular üzrə “Müstəqilliyimiz əbədidir, daimidir, sarsılmazdır” adlı müsabiqə elan edilib.
Mərkəzdən Regionpress.ge-yə verilən məlumata görə, müsabiqədə azərbaycandilli məktəblərdə təhsil alan 7, 8, 9, 10, 11, 12-ci sinif sagirdləri, həvəskarlar və digər şəxslər iştirak edə bilər.
Müsabiqə aşağıdakı sahələr üzrə keçiriləcək:
–Azərbaycan dili üzrə olimpiada (25 maya kimi imtahanda iştirak etməlisiniz)
-Hüquqi bilik üzrə ümumi test (25 maya kimi imtahanda iştirak etməlisiniz)
-İnşa
-Rəsm
-Əl işləri
-Şeir
–Musiqi (saz,kamança,tar,gitara)
Qeyd edilib ki, hər sahə üzrə 3 qalib elan ediləcək(1-ci,2-ci,3-cü yer). Qaliblərə xüsusi hədiyyələr , digər bütün iştirakçılara isə həvəsləndirici hədiyyələr və sertifikatlar təqdim olunacaq.
Müsabiqədə iştirak etmək üçün 25 may saat 12:00- kimi qeydiyyatdan keçərək müsabiqə üçün hazırlanan materialları qeydiyyat anketində mövcud olan bölməyə yerləşdirmək lazımdır.
Həmçinin, inşa, şeir və əl işlərinizin təsvirlərini qhimbolnisi@gmail.com ünvanına və ya 571 24 24 87 nömrəsinə Whatsapp vasitəsi ilə göndərə bilərsiniz.
Qeydiyyatdan keçmək və hazırladığınız nümayişləri təqdim etmək üçün aşağıdakı qeydiyyat blankını doldurmanız xahiş olunur.
https://docs.google.com/…/1RallCYE67hJ4n0Gfrc2wIin…/edit
Müsabiqə barədə daha ətraflı məlumat burada.


