17.2 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeDünyaQrenlandiya adasının satılmadığı Trampa xatırladılıb

Qrenlandiya adasının satılmadığı Trampa xatırladılıb

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Qrenlandiyaya sahib olmağın və ona nəzarətin həlledici əhəmiyyəti barədə şərhi onun adanı “almaq” niyyətində olduğunu göstərir.

Regionpress.ge xəbər verir ki, bunu Qrenlandiya parlamentinin deputatı Aayya Şemnits deyib.

“Qrenlandiya hələ də satılmır. Düşünürəm ki, bütün Qərb dünyasının xarici və təhlükəsizlik siyasətini müəyyən edən gələcək ABŞ Prezidentinin “sahiblik” və “nəzarət” sözləri onların Qrenlandiyanı almaq istədiyinə kifayət qədər aydın işarədir. Həmçinin bu qərarın Danimarkadan asılı olduğunu söyləmək Danimarka siyasətçilərinə qarşı hörmətsizlikdir”, – deputat bildirib.

Bununla belə, Şemnits ABŞ ilə əməkdaşlığın genişləndirilməsinə qarşı deyil. O, Qrenlandiyada Amerika konsulluğunun açılmasını buna nümunə göstərib.

Deputat hesab edir ki, ada sakinləri ABŞ-nin bir hissəsi olmaq istəmirlər.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments