13.6 C
Bolnisi
14.8 C
Rustavi
14.4 C
Marneuli
15.1 C
Gardabani
Cümə, Aprel 24, 2026
HomeRegion təşkilatlar və elanlarRegionpress.ge Xəbər Portalının Noyabrın 25-i Bolnisidə Açılışı Keçirilib

Regionpress.ge Xəbər Portalının Noyabrın 25-i Bolnisidə Açılışı Keçirilib

Bolnisidə Regionpress.ge xəbər portalının təqdimatı olub
Noyabrın 25-də Bolnisidə Regionpress.ge xəbər portalının təqdimatı olub.
Portalın əməkdaşı Arzu Əliyeva qonaqlara portalın fəaliyyəti və gələcək planları barədə məlumat verib. Qeyd edib ki, Regionpress.ge 2024-cü ilin fevralın 14-dən dövlət qeydiyyatına alınıb və aprelin 1-dən rəsmi olaraq fəaliyyətə başlayıb.
Sonra Regionpress.ge-nin rəhbəri Aysel Ömərova çıxış edərək, portalın məqsəd və məramı barədə məlumat verib. Bildirib ki, portalın yaradılmasında əsas məqsəd Gürcüstanda yaşayan Azərbaycanlıların tarixini, mədəniyyətini, həyat tərzini, adət-ənənələrini işıqlandırmaq, eləcə də ölkədə və dünyada baş verən proseslər barədə ictimaiyyətə dəqiq, qərəzsiz və operativ məlumat çatdırmaqdır. O, həmçinin saytın üç dildə – Azərbaycan, Gürcü və İngilis dillərində fəaliyyət göstərməsinin, daha geniş auditoriyaya xidmət etmək üçün geniş imkanlar açdığını qeyd edib.
Tədbirdə həmçinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov, “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin rəhbəri Rezo Həsənov, “SOYDAŞ” İB-nin sədri Kamran Ramazanlı və başqaları çıxış edərək, portalın kollektivini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirin sonunda, Regionpress.ge-nin operatoru Fidan Bayramovanın saytın fəaliyyəti ilə bağlı hazırladığı video-çarx nümayiş edildi.
Video materiallarda müxtəlif təşkilatların nümayəndələrinin, eləcə də adi vətəndaşların portalla bağlı fikirləri əksini tapıb. Eyni zamanda, portal əməkdaşlarının həyata keçirdikləri işləri və göstərilən xidmətləri izləyicilərə vizual şəkildə təqdim edilib.
Sonda isə, qonaqlar çay süfrəsi ətrafında bir araya gələrək, Regionpress.ge-nin uğurlu gələcəyinə olan inamlarını bildirdilər.
Qeyd edək ki, Regionpress.ge, başlıca olaraq Gürcüstanda yaşayan Azərbaycanlıların həyatını, adət-ənənələrini və sosial məsələlərini işıqlandırmağa davam edəcək və gələcəkdə soydaşlarımızın yaşadıqları şəhər, qəsəbə və kəndlərdə baş verən sosial problemləri də geniş şəkildə təqdim etməyi planlaşdırır.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments