12.2 C
Bolnisi
15.8 C
Rustavi
15.4 C
Marneuli
16.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeDünyaRəsmi Moskvanın Zurabişvilinin sözlərinə reaksiyası

Rəsmi Moskvanın Zurabişvilinin sözlərinə reaksiyası

Rəsmi Moskva Salome Zurabişvilinin sözlərinə reaksiya verdi

“Axmaqlıqdır inanmaq ki, Avropa İttifaqı kiməsə ‘Avropa gələcəyini’ verə bilər”.

Regionpress.ge xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Gürcüstan Prezidenti Salome Zurabişvilinin “heç kimin Gürcüstanın Avropa gələcəyini əlindən ala bilməyəcəyi” ilə bağlı bəyanatına belə reaksiya verib.

“Vaşinqton yeni ‘Avropa gələcəyini’ Avropa İttifaqından aldı, sabit resurs mənbələrini kəsərək, iqtisadiyyatı məhv edərək, ondan əvvəl isə qeyri-qanuni miqrantlarla Avropanı dolduraraq, Yaxın Şərq və Şimali Afrikada Amerikanın macəraları səbəbindən milyonlarla insan Avropaya axışdı. Buna görə də Avropa İttifaqının kiməsə ‘Avropa gələcəyi’ verə biləcəyinə inanmaq sadəcə axmaqlıqdır” , – deyə o, qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gürcüstan Prezidentinə sualla müraciət edib:

Zurabişviliyə sualım var: niyə Gürcüstanın gələcəyi Avropadan daha pisdir? Fransa vətəndaşına xatırlatmaq istəyirəm ki, Gürcüstan Fransadan böyükdür

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments