Bu gün SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin Tbilisidəki ofisində “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni ilin gəlişi münasibətilə xüsusi tədbir təşkil edilib. Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri cənab Faiq Quliyev, SOCAR Energy Georgia-nın baş direktoru cənab Mahir Məmmədov, müxtəlif qurumların nümayəndələri, tələbələr və gənclər iştirak ediblər.
Regionpress.ge xəbər verir ki, tədbir maraqlı müzakirələr, dəyərli fikir mübadilələri və xoş anlarla yadda qalıb. Proqram çərçivəsində yüksək akademik göstəriciləri və ictimai fəallığı ilə seçilən bir qrup tələbəyə xüsusi sertifikatlar təqdim olunub.


