17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeManşet“Tea House”-da “Ağ və Qara Harmoniyası” adlı sərgi keçirildi

“Tea House”-da “Ağ və Qara Harmoniyası” adlı sərgi keçirildi

Noyabrın 29-da “Tea House”-da rəsm kursunun üzvlərinin açıq havada təşkil etdiyi “Ağ və Qara Harmoniyası” adlı sərgi keçirildi. Sərgidə, kurs üzvlərinin sadə qələmlə çəkilmiş 40-a yaxın əl işləri nümayiş olundu. Tədbir iştirakçıları həmçinin, xüsusi hazırlanmış kətan üzərində kömürlə sərbəst mövzuda müxtəlif rəsmlər yaratdılar.

Regionpress.ge xəbər verir ki, sərginin əsas məqsədi regionda incəsənətin inkişafına dəstək vermək, rəssamlığa marağı artırmaq və yeni başlayan gənc rəssamları həvəsləndirmək idi. Tədbir çərçivəsində gənc fəallardan Rania Kərimova rəsm, Emin Məmmədov informasiya texnologiyaları və Emin Binnətov isə futbol sahəsində qazandıqları uğurlar və könüllü fəaliyyətlərinə görə hədiyyələrlə təltif olundular.

Sərgi “Tea House” rəsm müəlliməsi, gənc rəssam Emilya Hüseynovanın rəhbərliyi ilə keçirildi və iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments