18.8 C
Bolnisi
15.8 C
Rustavi
15.4 C
Marneuli
16.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeDünyaUkrayna xaricdə olan çağırış yaşlı vətəndaşlarını axtarışa verib

Ukrayna xaricdə olan çağırış yaşlı vətəndaşlarını axtarışa verib

Ukraynada çağırış yaşlı  ölkəni tərk etmiş kişi vətəndaşlar axtarışa verilib. Bu barədə UNİAN-a Ukrayna Müdafiə Nazirliyindən bildirilib.

Bildirilir ki, əlaqə qurmaq mümkün olmayan vətəndaşlar Ukrayna hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilir. Onlar üzərilərindən bu axtarışın götürülməsi üçün ölkəyə qayıdıb, müvafiq qurumlara müraciət etməlidirlər.

Ötən il Ukraynanın daxili işlər naziri İqor Klimenko “RBC” Ukrayna agentliyinə müsahibəsində  Ukraynanı qanunsuz tərk edən kişilər qayıtdıqdan sonra cəzalandırılacaqlarını bildirmişdi.

Onun sözlərinə görə, hazırda sərhədi qanunsuz keçib, yenidən Ukraynaya qayıdanlara qarşı heç bir cəza yoxdur.

Ukraynada hərbi vəziyyət elan olunan gündən etibarən 18-60 yaş arası kişilərin xaricə çıxması qadağandır, lakin bəzi istisnalar var və vətəndaşların müəyyən kateqoriyaları Ukraynanı tərk edə bilər.

Onların arasında sağlamlıq imkanları məhdud kişilər, çoxuşaqlı valideynlər, sürücülər, könüllülər, dənizçilər, idmançılar, mədəniyyət xadimləri, xalq deputatları, nazirlər yer alır.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments