Kobuletidə “Yaşıl Dünya Naminə Həmrəylik İli – Gürcüstan“ yay düşərgəsi başa çatıb.
Regionpress.ge xəbər portalı məlumat verir ki, yay düşərgəsi Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib
Düşərgədən öncə iştirakçılar səhər saatlarında paytaxt Tbilisidə Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyduqdan sonra Kobuletiye yola düşüblər.
Kobuletidə baş tutan düşərgənin açılışını GAİM-in içraçı direktoru Murad Muradov etdikdən sonra iştirakçılara düşərgə haqqında ətraflı məlumat verib layihənin məqsəd və önəmini vurğulayıb.
Azərbaycan Respublikasının Gürcüstan səfirliyinin əməkdaşı Ramiz Hacızadə görüşə onlayn qoşularaq, Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyevin salamlarını çatdırıb. Həmçinin o, “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində görüləcək işlər və COP29 haqqında məlumat verib.
Daha sonra Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sabit Məmmədova söz verilib.
Sabit Məmmədov iştirakçılara Komitə Sədri Fuad Muradovun salamlarını çatdıraraq Komitə tərəfindən həyata keçirlən layihələr barədə məlumat verib və gənclərə uğurlar arzu edib.
Qeyd edək ki, düşərgə boyuncə təlimlər Eco Centre-nin təsisçisi Tinatin Mağedani tərəfindən keçirilib




