21 aprel tarixində “Yeni Düşüncə İnstitutunun və İcma Mərkəzlərinin əməkdaşlarının potensialının artırılması və strateji inkişaf sənədinin hazırlanması” layihəsinin yekun görüşü Bolnisidə, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində baş tutdu.
Görüşdə təşkilatın rəhbərləri Ariz Daşdəmirov və Kamran Əfəndiyev layihənin nəticəsi olan “strateji inkişaf sənədi” haqqında auditoryaya geniş məlumat verdilər. Yeni Düşüncə İnstitutunun gələcək plan və ideyaları haqqında söhbət etdilər.
Görüş sual-cavab formatında başa çatdı.Layihə Avropa birliyinin və CENN-nin maadi dəstəyi ilə həyata keçirilir.




