2024-cü ilin I-II rübündə Gürcüstana 3 021 067 əcnəbi səfər edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə artım + 5,6% təşkil edir.
Regionpress.ge bu barədə Milli Turizm Administrasiyasına istinadən məlumat verir.
Hesabata görə, yanvar-iyun aylarında ölkədə 2 milyon 123 min 816 turist səfəri baş tutub ki, bu da 2023-cü illə müqayisədə artım +10% təşkil edir.
“2024-cü ilin ikinci rübündə Gürcüstana 1 720 516 əcnəbi səfər edib, 2023-cü illə müqayisədə artım +4,2% təşkil edir. Aprel-iyun aylarında Gürcüstana 1 185 172 beynəlxalq turist səfəri baş tutub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə artım +9,2% təşkil edir.

Beynəlxalq səyahətçilərin və beynəlxalq turist səfərlərinin sayı Ümumdünya Turizm Təşkilatının tövsiyəsi əsasında hazırlanmış metodologiyaya əsasən hesablanır və artıq həyata keçirilmiş və başa çatmış səfərləri əhatə edir”, – deyə yayılan məlumatda qeyd olunur.


