Turnir, GAİM-in icraçı direktoru Murad Muradov tərəfindən açıq elan edildikdən sonra Azərbaycan və Gürcüstan dövlət himnləri səsləndirilib və tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Regionpress.ge xəbər verir ki, turnirdə 12 çəki dərəcəsi üzrə 60 idmançı iştirak edib. İştirak edən komandalar arasında GAİM, Qızılhacılı, Araflı, Tamarisi və Arıxlı komandaları yer alıb. Çəki kateqoriyalarına uyğun olaraq qaliblər aşağıdakı şəkildə müəyyən edilib:
• 21 kq: İlia Andiaşvili, Onur Qurbanov, Murad Əmirov
• 24 kq: Cavid Əliyev, Yusif Qurbanov, Muhammed Əliyev
• 27 kq: İbrahim Əlləzov, Dachi Tsikarişvili, Adəm Musayev
• 30 kq: Altun Kərimov, Yavər Kərimov, Giorgi Andiavili və İsmayıl Şərifov
• 35 kq: Zahid Səfərov, Eliz Qaxacov, Şərxan Gəncəyev və Tuncay Qarayev
• 40 kq: Əliyev Mubariz, Qaxacov Ömər, Bədəlov Emin
• 45 kq: Zahid Orucov, Əkbər Həsənov, Vahid Mustafayev
• 50 kq: Əli Qiyasov, Məhərrəm Muradov, Nurlan Qasumov
• 55 kq: Amil Orucov, Elsever Kerimov, Nihat Yusubov
• 60 kq: Gülməmədov Elmir, Nurlan Musayev, Elmar Meheremov
• 66 kq: Bayramov Tamerlan, Musa Yusubov, Emirəl Mustafayev
• 66+ kq: İlkin Bayramov, Ramal Nəbiyev
Turnirin sonunda qaliblərə və iştirakçılara xatirə hədiyyələri təqdim olunub.


