Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyə Respublikasına rəsmi səfərə yollanıb.
Baş nazirin mətbuat xidmətinin məlumatında, Türkiyə Prezidentinin sarayında Gürcüstan hökumətinin başçısının rəsmi qarşılanma mərasiminin keçiriləcəyi deyilir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İrakli Kobaxidzeni qəbul edəcək.
Təkbətək və genişləndirilmiş tərkibdə görüşlər olacaq, bundan sonra da ölkələrin liderləri media qarşısında birgə bəyanatlarla çıxış edəcəklər.
Vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, vitse baş nazir, müdafiə naziri İrakli Çikovani, xarici işlər naziri İlia Darçiaşvili, təhsil, elm və gənclik naziri Qiorqi Amilaxvari, Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkün Düşənlərlə İş, Əmək, Səhiyyə və Sosial müdafiə naziri Mixeil Sarcveladze, Acara Muxtar Respublikasının hökumətinin sədri Tornike Rijvadze və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə daxildir.


