Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) regionlarda keçirdiyi xüsusi əməliyyat çərçivəsində 23-ü narkotik alverçisi olmaqla 77 nəfəri narkotik cinayətlərində ittiham edərək saxlayıb.
Regionpress.ge bildirir ki, bununla bağlı Gürcüstan DİN məlumat yayıb.
Məlumata görə, onların arasında İran, Türkiyə, Rusiya, Hindistan və Nigeriya vətəndaşları da var. Qeyd edilib ki, polis bir neçə dəfə sınaq alış-verişi edərək hər şeyi audio və videolentə alıb.
Saxlanılan şəxsləri 20 ilə qədər həbs və ya müddətsiz həbs gözləyir.


