Gürcüstanın baş naziri İrakli Kobaxidze İran İslam Respublikasının prezidenti İbrahim Rəisin dəfn mərasimində iştirak etmək üçün Tehrana gedib.
İrakli Kobaxidze xarici işlər naziri İliya Darçiaşvili ilə birlikdə İrana səfər edib.
Baş nazir dəfn mərasiminə qatılacaq.
Qeyd edək ki, bu, Gürcüstanın yüksək vəzifəli nümayəndəsinin son səkkiz ildə İrana ilk səfəridir.
Giorgi Kvirikaşvili 2017-ci ildə – 13 illik fasilədən sonra İrana səfər edən sonuncu baş nazir olub. Bundan əvvəl, 2004-cü ilin iyulunda prezident Mixail Saakaşvili İrana gedib.
Baş nazir səfərlə bağlı əvvəlcədən heç bir məlumat verməyib.
Dəfn mərasimində region ölkələrinin liderləri də iştirak edir:
- Ermənistanın baş naziri Nikol Paşinyan
- Azərbaycanın Baş Naziri Əli Əsədov,
- Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin.


